Ünvan: Bakı şəhəriŞirkətimizin böyüyən komandasına qoşulacaq, dinamik, təşəbbüskar və tələbələrin gələcək karyera hədəflərinə çatmasına dəstək olacaq Xaricdə Təhsil üzrə Mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri Məsləhət xidməti: Müraciət edən tələbə və valideynlərə Avropa, Amerika və Asiya ölkələrində təhsil proqramları barədə ətraflı məlumat vermək.
Proqram seçimi: Tələbələrin akademik göstəricilərinə və büdcələrinə uyğun universitet və təqaüd seçimlərini etmək.Sənədləşmə prosesi: Universitetlərə müraciət, qəbul (admission) və qeydiyyat sənədlərini tam və səhvsiz hazırlamaq.
Viza dəstəyi: Tələbələrə viza müraciəti, motivasiya məktublarının yazılması və müsahibə hazırlığı mərhələsində peşəkar rəhbərlik etmək.
Tərəfdaşlıq: Xarici universitetlərlə rəsmi yazışmaları idarə etmək və yeni əməkdaşlıq əlaqələri qurmaq.
Namizədə Dair TələblərTəhsil: Ali təhsil (Xaricdə təhsil və ya mübadilə proqramlarında iştirak üstünlükdür).Təcrübə: Avropa, Amerika və Asiya universitetləri ilə sənədləşmə və viza proseslərində minimum 1-2 il aktiv iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (minimum B2/C1 səviyyəsi).Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət, təqdimat və satış/inandırma bacarıqları, detallara qarşı diqqətlilik.